Atasının pəncərədən atdığı qız Ufadan Moskvaya müalicəyə göndərilib.

Ufada atası tərəfindən dördüncü mərtəbənin pəncərəsindən atılan üç yaşlı qız uşağı xüsusi təyyarə ilə Moskvaya yola salınıb. Bu barədə Başqırdıstanın Səhiyyə naziri Ayrat Raxmatullin teleqram kanalında bildirib.
"Biz onun həyatını xilas etdik, vəziyyətini stabilləşdirdik, mümkün olan hər şeyi etdik və indi onun dördüncü dərəcəli tibbi yardıma ehtiyacı var", Raxmatullin bildirib.
Qızın xilas edilməsi əməliyyatının təşkili Səhiyyə Nazirliyinə həvalə edilib.
Mənbə:News.ru
Tərcümə etdi: Əli Balayev
