Bu gün:

Trampın keçmiş müşaviri Con Boltona qarşı ittiham irəli sürülüb


ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton barəsində gizli məlumatları qanunsuz paylaşmaq ittihamı ilə hazırlanan ittihamnamə qəbul edilib. O, bu iddiaları tamamilə rədd etdiyini bildirib.

Bolton sentyabr ayından bəri barəsində istintaq başlanan üçüncü Tramp müxalifi olub.

Hadisə keçmiş prezident Donald Trampın 20 sentyabrda sosial mediada Ədliyyə naziri Pam Pondiyə müraciət edərək Nyu-York baş prokuroru Leititia Ceyms və keçmiş FTB direktoru Ceyms Komiyə qarşı tədbir görülməsini istədiyi paylaşımından sonra baş verib.

Tramp paylaşımında qeyd edib: “Artıq daha çox təxirə sala bilmərik, onlar bizim nüfuzumuzu və etibarlılığımızı məhv edirlər". 

Qeyd edək ki, Leititia Ceyms bank əməliyyatlarında saxtakarlıqda, Ceyms Komi isə Konqresə yalan məlumat verməkdə ittiham olunur. Hər iki şəxs bu ittihamları rədd edib.

NBC-yə danışan Ağ Ev rəsmisi isə Trampın paylaşımının nazirə şəxsi mesaj kimi yazıldığını, lakin səhvən ictimai şəkildə paylaşıldığını bildirib.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et