Gənc azərbaycanlı dizayner Leyla Əsgərova 2026-cı ilin fevralında keçiriləcək Paris Moda Həftəsinə rəsmi dəvət alıb. O, beynəlxalq səhnədə “Heritage Reborn” (“Dirçələn irs”) adlı kolleksiyasını təqdim edəcək.
Əsgərovanın yeni kolleksiyası Azərbaycan xalça naxışları və milli geyim elementlərindən ilhamlanaraq hazırlanıb. Dizayner ənənəvi motivləri müasir siluetlərlə birləşdirərək fərqli estetik xətt formalaşdırmağı qarşısına məqsəd qoyub.
Leyla Əsgərova bildirib ki, onun əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini dünya moda arenasında tanıtmaqdır: “Mən istəyirəm ki, dünya Azərbaycanı təkcə musiqi və mətbəxi ilə deyil, modası ilə də tanısın".
Mütəxəssislər bu uğuru yerli moda sənayesinin inkişafı üçün mühüm addım kimi dəyərləndiriblər. Qeyd olunur ki, Leyla Əsgərova Paris Moda Həftəsinə dəvət alan ilk azərbaycanlı qadın dizaynerlərdən biridir.
Mənbə: Fashion Insider, Vogue France, Baku Style
Tərcümə etdi: Fatimə Salmanlı
