Bu gün:

Türkiyə əsgərlərinin İraq və Suriyadakı missiyası uzadılır


Türkiyə hərbçilərinin İraq və Suriyada fəaliyyət müddətinin uzadılması ilə bağlı təzkirə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM Sədrliyinə göndərilən sənədə əsasən, əsgərlərin həmin ölkələrdəki vəzifə müddətinin 30 oktyabr 2025-ci ildən etibarən daha üç il uzadılması təklif olunur.

Təzkirədə bildirilir ki, Türkiyənin cənub sərhədlərinə yaxın bölgələrdə terror təhlükəsi hələ də davam edir və bu vəziyyət ölkənin milli təhlükəsizliyi üçün risk yaradır.

Sənəddə, həmçinin vurğulanır ki, Türkiyə İraqın ərazi bütövlüyü, milli birliyi və sabitliyinə xüsusi önəm verir. Bununla yanaşı, İraqda PKK və DEAŞ ünsürlərinin, Suriyada isə PKK/PYD-YPG və DEAŞ kimi terror təşkilatlarının varlığını davam etdirməsi regional sülhə və Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Fəqan Nurullazadə 

Paylaş
Şərh əlavə et