Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trumpla Vaşinqtonda cümə günü görüşəcək. Görüşün gündəmində Ukraynanı Rusiyanın dərinliklərini vura bilən "Tomahavk" raketləri ilə təchiz etmək məsələsi durur.

Bu görüş Trumpın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından bir gün sonra baş tutur. Trump danışıq zamanı "böyük irəliləyiş" əldə edildiyini bildirərək tərəflərin Macarıstanda üz-üzə danışıqlar keçirmək barədə razılığa gəldiyini açıqlayıb.
Zelenski ABŞ-dən Ukraynanı "Tomahavk" raket sistemilə təmin etməyi xahiş edib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
