Bu gün:

Tramp: Çin ilə ticarət müharibəsindəyik


ABŞ prezidenti Donald Tramp Çinlə iqtisadi gərginliklə bağlı diqqətçəkən açıqlamalar verib. Ticarət müharibəsinin davam etdiyini bildirən Tramp tətbiq etdiyi əlavə tariflər sayəsində qlobal münaqişələrin qarşısını aldığını iddia edib.

“Əgər əlavə tariflər tətbiq etməsəydim, bütün dünyada müharibə olardı”,-deyən Tramp tariflərin ləğvi ilə bağlı məhkəmə prosesini yaxından izlədiyini və dinləmələrdə iştirak edəcəyini bildirib.

İşin kritik xarakter daşıdığını vurğulayan Tramp “Bu işi uduzsaq, ABŞ məhv olacaq”,-deyib.


Tərcümə etdi: Aygül Alıyeva

Mənbə: CNN Türk


https://www.cnnturk.com/video/dunya/trump-cin-ile-ticaret-savasindayiz-2347879

Paylaş
Şərh əlavə et