ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı Ukrayna Prezidenti Volodimir Zelenski üçün gözlənilməz hal alıb.
Tramp və Putin Ukrayna müharibəsini müzakirə edib və yaxın günlərdə Macarıstanda görüşmək barədə razılığa gəlib. Bu hadisə Zelenskinin Ağ Evdə Trampdan “Tomahawk” raketləri üçün icazə alacağına ümid etdiyi vaxt baş verib.
Zelenski Vaşinqtona çatdıqdan sonra Rusiyanın “panikaya düşdüyünü” desə də, müşahidəçilər bunu Putinin növbəti siyasi gedişi kimi qiymətləndiriblər.
Nəticədə, Zelenskinin gözlədiyi hərbi dəstək məsələsi yenidən qeyri-müəyyən vəziyyətə düşüb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
