Bu gün:

Meksikada sel fəlakəti


Meksikanın mərkəzi və şərq bölgələrində ötən həftə yağan güclü yağışlar fəlakətə səbəb olub. Poza Rika şəhərində küçələr hələ də palçıq və dağıntılar altındadır. Sakinlər xəbərdarlıqların gec verildiyini bildirirlər.

Rəsmilərin məlumatına görə, daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər ölüb, 75 nəfər itkin düşüb. Təxminən 200 icma, əsasən, İdalqo bölgəsində, hələ də köməkdən təcrid olunub.

Prezident Klaudiya Şeinbaum bildirib ki, fövqəladə mərhələ bitdikdən sonra hökumət çayların baxımı və xəbərdarlıq sistemlərini yenidən nəzərdən keçirəcək.

Hazırda əsgərlər, dəniz qüvvələri və yüzlərlə könüllü xilasetmə və yardım işlərini davam etdirir, yolların və elektrik enerjisinin bərpası üzərində çalışırlar.

 

Mənbə: ABC news

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et