Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi işğaldan azad olunan ərazilərdə radioloji təhlükəsizliyi təmin etmək üçün xüsusi dronlar gətirəcək. Bu dronlar radiasiya səviyyəsini məsafədən ölçəcək, təhlükəli zonaları xəritələşdirəcək və insan müdaxiləsini minimuma endirəcək.

Layihə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Dronlar ZenMuse kamerası və MS-100 gama spektrometri ilə təchiz olunacaq ki, bu da radioloji məlumatların daha dəqiq toplanmasına imkan verəcək.Yeni texnologiya ərazilərin bərpası və məskunlaşdırılması zamanı təhlükəsizliyin artırılmasına xidmət edəcək.
Hazırladı: Gülay Bədirli
