Çində xristian icmalarına qarşı son illərin ən böyük həbslərindən biri həyata keçirilib. Yerli mənbələrin və BBC News-un məlumatına görə, Zion Kilsəsi şəbəkəsi ilə əlaqəli 30 xristian, o cümlədən tanınmış pastor Cin Minri saxlanılıb.
Keçən cümə günü pastorun qızı Qreys Cin Dreksel atasından mesaj alıb. O, mesajında itkin düşən başqa bir pastor üçün dua etməsini xahiş edib. Daha sonra məlum olub ki, Cin Minri özü də saxlanılanlar arasındadır.
Məlumata görə, digər pastor Çinin cənubundakı Şençjen şəhərinə səfəri zamanı tutulub. Aktivistlər bu hadisəni Çində xristianlara qarşı son onilliklərin ən genişmiqyaslı həbslərindən biri kimi qiymətləndiriblər.
Ekspertlər hesab edir ki, Zion Kilsəsi şəbəkəsinə qarşı aparılan bu əməliyyat, hökumətin gizli kilsələrə qarşı daha sərt tədbirlərinin başlanğıcı ola bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
