ABŞ rəsmiləri HƏMAS-la atəşkəs danışıqlarının "müsbət" getdiyini bildirərək Qəzza zonasında atəşkəsə təhlükənin az olduğunu açıqlayıb.

HƏMAS nümayəndələri israil girovlarının qalan nəşlərini tapmaq üçün xüsusi avadanlıq və daha çox vaxta ehtiyac duyduqlarını bildiriblər. Sazişə əsasən, təşkilat 20 sağ girov və 28 nəşi təhvil verməli idi. Hal-hazırda bütün sağ girovlar və 9 nəş qaytarılıb.
Son 24 saat ərzində HƏMAS tərəfindən təhvil verilən iki nəşin baş çavuş Məhəmməd əl-Ataraş (39) və İnbar Hayman (27) olduğu müəyyən edilib.
Eyni zamanda, İsrail rəsmiləri Rəfah sərhəd keçidinin açılması üçün hazırlıqların davam etdiyini, lakin humanitar yardımın yalnız digər nöqtələrdən keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, İsrail hökuməti BBC daxil olmaqla beynəlxalq media təşkilatlarının Qəzzaya sərbəst girişinə icazə vermir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
