Los-Anceles, Kaliforniya – Art Hearts Fashion tərəfindən təşkil olunan Los-Anceles Dəb Həftəsi beynəlxalq nümayişlərlə dolu bir ilin ardından 16–18 oktyabr 2025-ci ildə The New Mart mərkəzinə qayıdır. Tədbirin qlobal genişlənməsi ilin sonunda Şanxayda davam edəcək.
Sahənin aparıcı mütəxəssisləri, yenilikçi dizaynerlər və zövq yaradanlardan ibarət icma ilə Art Hearts Fashion, Los-Anceles Dəb Həftəsi zamanı dəbin ən dinamik platformalarından birini təqdim edir.
Bu mövsümdə podiumda yer alacaq dizaynerlər arasında Aleksis Monsantro, Amara, Bi Fayn, Koral Kastillo, Kros Kalərz, Deyvid Tupaz, Corc Stayler, Ciannina Azar, Qlaudi, Hiromi Asay, İdol Xose, Kentaro Kameyama, Maribel Cey Di, Maksmila, Merlin Kastell, Di Mestizo, Mister Tripl Eks, Em En Em Kutür, En Ke En Nekane, Pia Bolte, Rakel Pedrasa, Riçard Halmark, Səhar Şaeir Kutür, Vinyus Prototayp və Viator Felis yer alır.
Art Hearts Fashion-ın təsisçisi və prezidenti Erik Rosete tədbirlə bağlı bildirib: “Bu mövsüm Los-Ancelesdə biz Art Hearts Fashion-ın qlobal əhatəsini qeyd edərək, indiyə qədərki ən beynəlxalq heyətimizi təqdim edirik. Londonda inanılmaz bir təqdimatdan yenicə çıxmışıq və Şanxayla Cənubi Amerikanın da gündəmdə olduğu bu vaxtda, dəbin mədəniyyətləri və icmaları bütün dünyada necə birləşdirdiyini nümayiş etdirməkdən qürur duyuruq".
Mənbə: creatorsfaire.com
Tərcümə etdi: Şehrin Musayeva
