Bu gün:

Rusiyada son baş verən hadisələr Azərbaycana necə təsir edə bilər?



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı siyasi şərhçi Əziz Əlibəylidir. O, Rusiyada son baş verən hadisələrdən danışıb.

-Rusiyada son baş verən hadisələr Azərbaycana necə təsir edə bilər?

Açıqcası, Rusiyada olan hadisələr yalnız Azərbaycana deyil, bütün regiona təsir göstərəcək və bu da Rusiyanın ənənəvi siyasəti olan-İmperial siyasətinin dəyişməsi ilə özünü biruzə verəcək. İlk dəyişikliklərdən biri Ermənistanın xarici siyasətində dəyişiklik olacaq. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyat zamanı Ermənistan qərb meyilli siyasət yeridirdi. Ölkəyə fərqli dövlətlərin üzvləri dəvət olundu. Bu Priqojidən əvvəlki dönəmdə olan hadisələrdir.  Azərbaycan Rusiyanın böyük İmperial güc olduğu zamanda belə, öz müstəqilliyini təhlükə altına atmadı, amma Priqojinin Rostov və digər bölgələri işğal etməsi Rusiyanın nəinki Azərbaycan, həmçinin ümumi Cənubi Qafqaz üzərində nüfuzunu aşağı saldı. Bildiyimiz kimi, Azərbaycanın yarımçıq qalmış məsələləri vardır-Zəngəzur Dəhlizi, Qarabağda inteqrasiya və digərləri Ermənistanın xarici siyasətində olan köklü dəyişikliklərə nəzərən dəyişilə bilər.

Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et