ABŞ Prezidenti Donald Tramp ölkənin kəşfiyyat orqanlarına Venesuelada gizli əməliyyatların həyata keçirilməsinə icazə verib.
Qərarın əsas məqsədi Venesuela hökumətinə qarşı təzyiqlərin gücləndirilməsi və siyasi proseslərə təsir imkanlarının artırılmasıdır.
Donald Tramp bəyan edib ki, bu addım Venesuela xalqının azadlıq və demokratik idarəetmə uğrunda mübarizəsini dəstəkləməyə yönəlib. O, ABŞ-nin regionda sabitliyin bərpası və insan haqlarının qorunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Ekspertlərin fikrincə, Vaşinqtonun bu qərarı iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Venesuela rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
