Bu gün:

Demokratiyanın atası: Keniyalı Rayla Odinqa vəfat edib


Keçmiş Keniya Baş naziri Rayla Odinqa 80 yaşında vəfat edib. Odinqa Hindistanda müalicə alarkən səhər gəzintisi zamanı huşunu itirib və Devamata Xəstəxanasına aparılıb. Həkimlərin sözlərinə görə, o, ürək tutmasından dünyasını dəyişib.

Odinqa həyatını demokratiya, azadlıq və insan haqları uğrunda mübarizəyə həsr edib. 

Prezident Vilyam Ruto onu “cəsarət simvolu” və “demokratiyamızın atası” adlandırıb və ölkədə yeddi günlük matəm elan edib. 

Odinqa beş dəfə prezident seçkilərində iştirak edib, lakin qalib gələ bilməyib. O, bir çox hallarda nəticələrin saxtalaşdırıldığını iddia edib.

Odinqa Keniya tarixində ən uzunmüddətli siyasi məhbus olub. Diktator Daniel arap Moi dövründə iki dəfə (1982–1988 və 1989–1991) həbs olunub.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC

Paylaş
Şərh əlavə et