Bu gün:

Yer iqlim həddini aşıb, mərcan rifləri təhlükədədir


Alimlər xəbərdarlıq ediblər ki, Yer kürəsi artıq istixana qazı tullantıları səbəbindən ilk böyük iqlim həddini aşıb. Bu, isti su mərcan riflərinin tədricən məhv olmasına səbəb olur.

Araşdırmalara görə, dünya temperaturu 1,4 dərəcəyə çatıb və riflər “çökmə mərhələsinə” daxil olublar. Alimlər bildiriblər ki, temperatur azaldılmasa mərcan riflərini qorumaq mümkün olmayacaq.

Mərcan riflərinin itməsini milyonlarla insanın dolanışığı üçün ciddi təhlükə kimi qiymətləndiriblər. Buna baxmayaraq alimlər hələ də iqlim dəyişikliyinin qarşısını almaq üçün müəyyən ümidin qaldığını bildiriblər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et