NATO müdafiə nazirləri son dövrlərdə artan dron və hava məkanı pozuntuları fonunda Alyansın hava müdafiəsini gücləndirmək və Ukraynaya dəstəyi artırmaq gündəmi ilə Brüsseldə toplaşıblar.

Rutte Brüsseldəki qərargahda keçirilən NATO Müdafiə Nazirləri Toplantısından öncə jurnalistlərə açıqlamalar verib.
Nazirlərin masasında mühüm məsələlərin olduğunu bildirən Rutte iyun ayında Haaqada keçirilən NATO Zirvəsində qəbul edilən müdafiə xərclərinin və istehsalın artırılması, eləcə də Ukraynaya dəstəyin davam etdirilməsi qərarlarının icra mərhələsinin müzakirə olunacağını qeyd edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
