Bu gün:

İsrail qaytarılan cəsədlərdən birinin əsir olmadığını bildirir


İsrail bildirib ki, Həmas tərəfindən dünən gecə təhvil verilən dörd cəsəddən biri “əsirlərdən heç biri ilə uyğun gəlmir”. 

Qəzza sülh planının birinci mərhələsi çərçivəsində Həmasdan qalan bütün 48 əsirin qaytarılması tələb olunurdu - indiyədək 20 sağ əsirin hamısı 7 əsirin cəsədi qaytarılıb. Dünən gecə təhvil verilən digər 3 cəsəd Tamir Nimrodi, Eytan Levi və Uriel Barux adlı şəxslər kimi tanınıb. 

Cəsədlərin təhvil verilməsində gecikmələrə cavab olaraq, İsrail Qəzzanı yardımın məhdudlaşdırılması və Rəfah sərhəd keçidinin yenidən açılmasının gecikdirilməsi ilə hədələyib. Atəşkəs razılaşması Həmasın və digər Fələstin qruplarının bazar günü başa çatan ilkin müddətə qədər əsirlərin qalıqlarını tapa bilməməsi ehtimalını nəzərə aldığı görünür. 

Mənbə: BBC news 

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et