Bu gün:

Rusiya və Suriya ölkələrinin prezidentləri bir arada


Rusiya prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa Kremldə görüşüblər. Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Andrey Belousov, prezidentin köməkçisi Yuri Uşakov və Prezident Administrasiyası rəhbərin müavini Maksim Oreşkin iştrak edib. 

Putin bəyan edib ki, Rusiya ilə Suriya arasında münasibətlər həmişə mehriban olub və Moskva həmişə Suriya xalqının maraqlarını rəhbər tutub. O qeyd edib ki, 4000-dən çox suriyalı gənc Rusiya universitetində təhsil alır və ölkənin yenidən qurulmasında rol oynayacaq. Putin deyib ki, Suriya hazırda çətin günlər yaşayır, lakin son parlament seçkiləri bütün siyasi qüvvələr arasında əməkdaşlığı gücləndirəcək.

Mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər ikitərəfli münasibətlərin hazırkı inkişafını, eləcə də ticarət-iqtisadi və humanitar sahələri müzakirə edəcəklər. Prezidentlər, həmçinin Yaxın Şərqdə baş verən son hadisələri müzakirə edəcək və bu ölkədəki Rusiya gerbi bazalarına toxunacaqlar. 

Mənbə: News Mail 

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et