Beynəlxalq səhmlər bazarında eniş qeydə alınıb. Investorlar riskli aktivlərdən uzaqlaşaraq daha sabit sərmayə vasitələrinə — xüsusən də qızıl və dövlət istiqrazlarına yönəlirlər.
Mütəxəssislər bildirirlər ki, bu azalma əsasən ABŞ ilə Çin arasında artan ticarət gərginliyi, eləcə də faiz dərəcələrinin azaldılması gözləntiləri ilə əlaqədardır.
Avropa və Asiya birjalarında əsas indekslər gün ərzində mənfi zonada qalıb. Eyni zamanda, qızılın qiyməti rekord səviyyəyə yüksəlib — bu da investorların “təhlükəsiz liman” kimi bu aktivə üstünlük verməsi ilə izah olunur.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
