Bu gün:

Neitan Sleyt London Moda Həftəsində debüt edib


Moda dizayneri Neitan Sleyt London Moda Həftəsində debüt edib. O, “Matəm: Bəşəriyyətin son himninin milçəklərin vızıltısı olduğu yeni bir sübh” adlı kolleksiyasını təqdim edib.

O deyib: “Bir çox heyran olduğum dizaynerlər karyeralarına məhz bu səhnədə başlayıblar. London Moda Həftəsində çıxış etmək çox çətindir, çünki bununla bağlı çoxlu qaydalar və məhdudiyyətlər var. Mənim üçün bu, həyata keçəcəyinə inanmadığım ali bir məqsəd idi".

Sleyt qeyd edib ki, kənddə yaşamaq onu əsas moda sənayesində tanınmaq üçün “bəzən bir neçə divarı aşmağa” məcbur edir. “Çoxları deyir ki, ‘sən burada nə edirsən? Londonda və ya Bristol’da olmalısan’. Amma məni İngiltərənin kənd həyatı çox ilhamlandırır,” — deyə o bildirib.

Onun dizaynları tez-tez kənd mühitindən təsirlənir — o, gəzintilər zamanı tapdığı kristallar, taxta parçaları və tullantılardan istifadə edir. Son kolleksiyasında bulud motivləri, keramika aksesuarlar və təbii yağışla rənglənmiş parçalardan istifadə olunub.

Sleyt davamlı (sabit) yanaşması ilə kommersiya, incəsənət və fəallıq arasında sərhədləri aşmaq və ekoloji problemlərə diqqət çəkmək istəyir.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC

Paylaş
Şərh əlavə et