Bu gün:

Qəzza bazarları yenidən canlanıb


İki illik müharibədən sonra Qəzzanın mərkəzində yerləşən Əl-Ramal bazarı yenidən səs-küy salmağa başlayıb. Atəşkəs rejiminin qüvvəyə minməsi ilə küçələr insanlarla dolub, ərzaq köşkləri yenidən əlçatan olub.

Kartof, soğan və qəhvə kimi bir vaxtlar çətin tapılan məhsullar indi rəflərə gəlib. Atəşkəsdən sonra artan humanitar yardım bazarlara bol məhsul gətirib. Un, konservlər, süd tozu və içkilər də indi yenidən mövcud olub.

İsrailin iki ildir davam edən hücumları və yardımı əngəlləməsi səbəbindən ərzaq qiymətləri 100 dəfə artıb.

Qəzzanın ürəyi bu dəfə bomba səsiylə deyil, yeni qurulan köşklərin səsiylə döyünüb. Amma xalqın ümumi arzusu dəyişməyib: “Bu atəşkəs daimi olsun”.


Tərcümə etdi: Aygül Alıyeva

Mənbə: CNNTürk


https://www.cnnturk.com/video/dunya/gazzede-pazarlar-yeniden-doldu-2346875

Paylaş
Şərh əlavə et