Bu gün:

Venesuela Nobel mükafatından sonra Norveç və Avstriyadakı konsulluqları bağlayıb


Venesuela müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh mükafatını qazanmasından sonra Norveç və Avstraliyadakı konsulluqlarını bağlamaq qərarına gəlib. Maçadonun mükafatı ABŞ prezidenti Donald Trampa həsr etməsi Karakas hökumətini qəzəbləndirib. Norveç dialoqu davam etdirməyə çalışsa da, Maduro hökuməti susub.

Venesuela hökuməti mühacirətdə olan müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh mükafatını qazanmasından sonra Norveç və Avstriyadakı konsulluqlarını bağlayıb.

Norveç Xarici İşlər Nazirliyi bağlanma barədə məlumat verildiyini, lakin səbəb göstərmədiyini bildirib.

Nazirliyin sözçüsü: "Bəzi məsələlərdə fərqli baxışlarımız olsa da, Venesuela ilə dialoqu davam etdirmək istəyirik"- deyib. Lakin Maduro hökuməti heç bir cavab verməyib.

Bu bəyanat Osloda Nobel Komitəsi tərəfindən müxalifət lideri Mariya Korina Maçadoya Nobel Sülh mükafatının verilməsindən bir neçə gün sonra verilib.

Bu, Karakasın kabusuna çevrilib.

Maçado mükafatı Venesuelada rejim dəyişikliyinə dəstək verən ABŞ prezidenti Donald Trampa həsr edib.

Bu hadisələr Karakas hökumətinin konsulluqlarını bağlamasına səbəb olub.

https://share.google/YfcbxYjc3lPdgmMri

Mənbə: Sözcü

Tərcümə etdi: Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et