Zelenski Odessa merini Ukrayna vətəndaşlığından məhrum edib. O, Truxanovu Rusiya pasportu saxlamaqla ittiham edib.

Odessa meri Gennadi Truxanov vətəndaşlığından məhrum edilib. BBC Ukrayna mənbələrinə görə, bu qərarı Ukrayna prezidenti Vladimir Zelenski verib. Buna səbəb kimi merdə Rusiya pasportunun olması göstərilir. Truxanov bunu inkar edir.
Ukrayna liderinin sözlərinə görə, "bəzi şəxslərin Rusiya vətəndaşlığı təsdiqlənib." O onların Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
