Bu gün:

Qədim karyerdə “dinozavr supermagistralı” aşkar edildi


Qazıntılar aparılan qədim əhəngdaşı karyerində yüz milyonlarla il əvvələ aid nəhəng dinozavr izləri aşkarlanıb. Ərazidə aparılan idarəli partlayışlar nəticəsində torpaq qatı kənarlaşdırılıb və paleontoloqlar qədim izləri üzə çıxarıblar. Ən diqqət çəkən tapıntı isə tədqiqatçılar tərəfindən “dinozavr supermagistralı” adlandırılan, yüzlərlə metr uzanan iz xəttidir.

İzlərin formasından məlum olub ki, bu nəhəng ayaq izləri uzunboylu sauropod dinozavrlarına məxsusdur. Addımların ön hissəsində palçığın irəli sıxılması isə dinozavrların hərəkət istiqamətini aydın göstərir.

Ərazidə həmçinin daha kiçik ölçülü, ikiayaqlı yırtıcı dinozavr – Megalozavrın üç barmaqlı izləri də tapılıb. Bu növün uzunluğunun 9 metrə qədər olduğu güman edilir.

Tədqiqatçılar bildirirlər ki, bu izlər dinozavrların hərəkət davranışlarını öyrənmək üçün nadir elmi mənbədir. “Skelet bizə heyvanın ölçüsü barədə məlumat verir, amma izlər onun necə hərəkət etdiyini göstərir” – deyə Liverpool John Moores Universitetindən alim Peter Folkinqham qeyd edib.

Kompyuter analizləri nəticəsində sauropod izlərinin 3D modeli yaradılıb. Məlum olub ki, dinozavr saniyədə təxminən 2 metr sürətlə, yəni sürətli insan addımı tempində hərəkət edib. Alimlər ümid edirlər ki, bu tapıntılar dinozavrların gündəlik davranışlarının daha yaxşı öyrənilməsinə kömək edəcək.

https://www.bbc.co.uk/news/resources/idt-5f8c77b0-92bc-40f2-bf21-6793abbe5ffe

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et