Bu gün:

Kiprdə pişik populyasiyası nəzarətdən çıxır


Aralıq dənizinin şərqində yerləşən kiçik ada dövləti Kiprdə rəsmilər hesab edirlər ki, ölkənin təxminən 1 milyon əhalisinə bir vəhşi pişik düşür. Lakin heyvan fəalları bu rəqəmin əslində yüz minlərlə daha çox olduğunu bildirirlər.

Sentyabrın sonunda parlamentin ətraf mühit komitəsində qeyd olunub ki, hazırkı sterilizasiya proqramı sürətlə artan pişik populyasiyasını nəzarətdə saxlamaq üçün kifayət etmir.

Ətraf Mühit üzrə Müvəkkil Antonia Theodosiou bildirib ki, “proqram yaxşıdır, lakin onu genişləndirmək lazımdır”. Onun sözlərinə görə, illik 100 min avro büdcə ilə cəmi 2 min pişiyin sterilizasiyası həyata keçirilir.

Theodosiou əlavə edib ki, rəsmi müqayisəli məlumat olmasa da, Kipr insan əhalisinə nisbətən çoxsaylı pişik populyasiyası ilə tanınır.


Mənbə: AP news

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et