Bu gün:

“K-pop Şeytan Ovçuları” filminin böyük uğuru


Filmin rejissoru və yaradıcısı Meqqi Kanq bildirib ki, K-pop Şeytan Ovçuları animasiya filmi üçün yeni hekayələr çəkməyi planlaşdırırlar. Onun sözlərinə görə, bu qəhrəmanların dünyası çox maraqlıdır və gələcəkdə onların macəralarını davam etdirmək istərlər.

 Film Squid Oyunu serialını keçərək 325 milyon baxışla Netflix tarixinin ən çox izlənilən filmi olub .

Süjet K-pop qız qrupunun həm səhnədə mahnı oxuyaraq çıxış etməsini, həm də dünyanı pis qüvvələrdən xilas etməsini göstərir. Qrupun qarşısında isə “Saca Oğlanları” adlı şeytanlardan ibarət oğlan qrupu dayanır.

Filmin mahnıları da çox məşhurlaşıb. “Qızıl” adlı mahnı ABŞ-nin musiqi siyahılarında səkkiz həftə birinci yerdə olub. Bu nəticə ilə film həm “Ən yaxşı animasiya filmi”, həm də “Ən yaxşı orijinal mahnı” kateqoriyalarında Oskar mükafatı üçün əsas namizədlər arasına düşüb.

Meqqi Kanq bildirib ki, onlar artıq özlərini qalib sayırlar:

“Bizim məqsədimiz insanları birləşdirmək və K-pop mədəniyyətini dünyaya tanıtmaq idi. İnsanların bu film vasitəsilə bir-birinə bağlanması bizim üçün ən böyük mükafatdır.”

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC

Paylaş
Şərh əlavə et