İsrail mediası xəbər verib ki Həmas israilli əsirlərin birinci qrupunu Netzarim dəhlizində, ikinci qrupunu isə saat 10:00-da Xan Yunisdə azad edəcək. Həmas Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veriləcək 20 israilli əsirin adlarını açıqlayıb.

İsrail ordusu bildirib ki, Qızıl Xaç əməkdaşları əsirlərin təhvil alınacağı nöqtəyə yola düşüblər və yaxın saatlarda əlavə əsirlərin də təhvil veriləcəyi gözlənilir.
Fəlistin tərəfi isə atəşkəs razılaşması çərçivəsində azad olunacaq 1968 nəfərlik siyahını, o cümlədən ömürlük həbsə məhkum edilmiş 250 filistinlinin adlarını yayıb.
9 oktyabrda Misirdə imzalanan atəşkəs razılaşması 10 oktyabrın ilk saatlarından qüvvəyə minib və İsrail ordusu "sarı xətt"ə çəkildikdən sonra Qəzzada atəşkəs tətbiq olunub.
İsrailin 2023-cü ilin 8 oktyabrından atəşkəsədək Qəzzaya endirdiyi hücumlarda 67 682 nəfər həlak olub, 170 033 nəfər yaralanıb
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
