Girovlar ailələrinə qovuşub, Donald Trump İsrail parlamentində alqışlarla qarşılanıb. Qəzzadakı iki ildən çox əsirlikdən sonra Həmas tərəfindən saxlanılan son 20 sağ girov indi İsraildədir.

Girovlar 2023-cü il 7 oktyabr hücumları zamanı Həmas tərəfindən oğurlanıb. Həmad hələ 28 nəfərə qədər vəfat etmiş girovun nəşini təhvil verməyib.
Girovlar müqabilində İsrail 2000-ə yaxın Fələstinli məhbusu azad edib. Donald Trump İsrail parlamentində çıxış etdikdən sonra dünya liderləri ilə sülh sammiti üçün Misirə yollanmaq üzərədir.
ABŞ prezidenti alqışlayan İsrail qanunvericilərinə deyir ki, bu, “Yaxın Şərqin tarixi bir şəfəq sübhüdür” və Həmasın silahsızlaşdırılacağını deyir - lakin bu hələ danışıqlar yolu ilə razılaşdırılmalıdır.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
