Bu gün:

Yer artıq bəzi iqlim dönüş nöqtələrini keçib


Elm adamlarının yeni araşdırmasına görə, Yer kürəsində iqlim sistemində “geri dönməz dəyişikliklər” artıq başlayıb. Bu, o deməkdir ki, bəzi ekosistemlər əvvəlki vəziyyətinə qayıda bilməyəcək.

Araşdırmada qeyd olunur ki, koral riflərinin kütləvi məhv olması, Arktik dəniz buzlarının əriməsi və Amazon yağış meşələrinin zəifləməsi kimi proseslər artıq müşahidə edilir. Bu hadisələr bir-birini gücləndirərək qlobal istiləşməni daha da sürətləndirə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi təxirə salınmadan həyata keçirilməlidir.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et