Misir Prezidentliyinin məlumatına görə Prezident Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Trampın birgə sədrliyi ilə 20-dən çox ölkə liderinin iştirakıyla “Şarm əş-Şeyx Sülh Zirvəsi” adlı beynəlxalq tədbir keçiriləcək. Zirvənin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq Yaxın Şərqdə sülh və sabitliyi təmin etməkdir.

ABŞ Prezidenti Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsraillə Həmasın atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb. 10 oktyabrın ilk saatlarında qüvvəyə minən razılaşma ilə İsrail ordusu “sarı xətt”ə geri çəkilmiş və eyni gün saat 12:00-da atəşkəs qüvvəyə minib.
Bu razılaşma bölgədə sülh prosesinin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir. Zirvənin Yaxın Şərqdə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün yeni bir mərhələ açacağı gözlənilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
