ABŞ-ın Tennessi ştatının Baknsnort (Bucksnort) qəsəbəsində yerləşən AES partlayıcı maddələr zavodunda baş verən güclü partlayışdan sonra itkin düşən 16 nəfərin hamısının həlak olduğu ehtimal edilir. Bu barədə Humfris dairəsinin şerifi Kris Devis məlumat verib.

Hadisə yerində cümə günündən bəri 300 dən çox xilasedici axtarış aparır. Şerif Devis bildirib ki, artıq əməliyyat xilasedici mərhələdən cəsədlərin çıxarılması mərhələsinə keçib. FTB hadisə yerində qurbanların şəxsiyyətini müəyyənləşdirmək üçün sürətli DNT analizləri aparır.
Partlayışın səbəbi hələlik məlum deyil. 2014-cü ildə həmin ərazidə yerləşən başqa bir sexdə də analoji faciə baş vermişdi. Yerli sakinlərin sözlərinə görə, partlayış böyük səs-küyə səbəb olub, evlər silkələnib və yaxınlıqda yaşayanlar hadisəni təbii fəlakət hesab ediblər.
https://www.bbc.com/news/articles/cx2523997p9o
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
