Donald Tramp ABŞ-nin müdafiə naziri Pit Heqsetə federal hökumətin bağlanmasına baxmayaraq, hərbçilərə maaş verməyi əmr edib. Bu arada, bir sıra digər federal qurumlar işçilərini ixtisar edir və ya ödənişsiz məzuniyyətə buraxır.

Şənbə günü prezident deyib ki, Heqset qoşunların çərşənbə günü ödənilməsi planlaşdırılan müntəzəm maaşlarını itirməməsini təmin etməlidir. Oktyabrın 1-də hökumətin bağlanmasından sonra ilk maaşların hərbi hesablara oktyabrın 15-də daxil olması planlaşdırılır.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
