Bu gün:

ÜST: Çikungunya qlobal yayılma təhlükəsi yaradır


CENEVRE — Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə axşamı çikungunya virusunun bütün dünyaya yayıla biləcəyi barədə xəbərdarlıq edib və təcili tədbirlər görülməsinə çağırıb. ÜST bildirir ki, 20 il əvvəlki böyük epidemiyada olduğu kimi indi də oxşar erkən xəbərdarlıq əlamətləri müşahidə olunur. 

Ağcaqanadlar vasitəsilə yayılan və yüksək qızdırma, şiddətli oynaq ağrıları ilə müşayiət olunan çikungunya bəzi hallarda ölümcül ola bilər. 

Təşkilatın nümayəndəsi Diana Roxas Alvaresin sözlərinə görə, virus artıq 119 ölkədə aşkarlanıb və 5,6 milyard insan risk altındadır. O qeyd edib ki, 2025-ci ilin əvvəlindən Reunion, Mayotte və Mavrikiy adalarında böyük epidemiyalar qeydə alınıb, Reunion əhalisinin üçdə biri artıq yoluxub. 

Virusun Madaqaskar, Somali, Keniya və Cənubi Asiyaya da yayıldığı, Fransada yerli, İtaliyada isə şübhəli hallar aşkarlandığı bildirilir. 

Mənbə: DAWN.com 

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et