Bu gün:

Atəşkəsdən sonra Qəzzaya qayıdarkən dəhşətli mənzərə


Qəzzada atəşkəs planının təsdiqindən sonra İsrail əsgərləri ilk xətlərdən geri çəkilib. Aylarla çadırlarda və yoxsulluq içində yaşayan qəzzalılar vaxtilə “ev” adlandırdıqları yerlərə qayıtmağa başlayıblar. Bununla belə, onlar dağıdılan binalarla, uçmuş məhəllələrlə və cansız bədənlərlə qarşılaşıblar.

Atəşkəsin qüvvəyə minməsi ilə cənuba zorla sürgün edilən minlərlə Qəzzalı da evlərinə qayıdır. Ancaq qarşılaşdıqları mənzərə ürəkağrıdıcıdır: Qəzzada yalnız dağıntı qalıqları qalıb.

Qayıdan qəzzalılar üçün artıq nə qapı var, nə də divar. Bir çox məhəllə xəritədən silinib. Onların yeganə arzusu bəllidir: “Yenidən yaşaya biləcəkləri bir ev və bir daha dağılmayacaq atəşkəs”.

Atəşkəsdən sonra Qəzzaya qayıdanların sayı 500 mini keçib. Lakin bu qayıdış ümidlə deyil, ağrı və qeyri-müəyyənliklə doludur.

https://share.google/lEb3fk4end2AxmpqE

Mənbə: CNN Türk 

Tərcümə etdi: Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et