Dünya Çempionatının Avropa seçmə mərhələsində sensasiyalı qarşılaşma baş tutub. Ukrayna səfərdə İslandiyanı 5:3 hesabı ilə məğlub edərək azarkeşlərinə qələbə sevinci yaşadıb.

Gərgin və bol qollu oyunda Ukrayna seçmə mərhələdə ilk qələbəsini qazanıb. Bu nəticə ilə komandanın xal sayı 4-ə yüksəlib, İslandiya isə 3 xalda qalıb.
Ukraynanın bu inamlı qələbəsi onları yenidən qrup yarışına qaytararaq, növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə iddialarını artırıb.
https://www.haberler.com/spor/dunya-kupasi-avrupa-elemeleri-nde-8-gollu-mac-19136918-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
