Bu gün:

Kreml Ukranyaya paket təchizatına görə Qərbdən xəbərdarlıqla çıxış edib


Rusiya Federasiyası Qərb ölkələrinə Ukraynaya yeni tipli uzaqmənzilli raketlərin verilməsi ilə bağlı xəbərdarlıq edib. 

Kremlin sözçüsünün açıqlamasında qeyd olunub ki, ABŞ tərəfindən Ukraynaya “Tomahawk” tipli raketlərin tədarükü regionda “dramatik eskalasiya”ya səbəb ola bilər.

Moskva bu addımı Rusiyanın milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib. Rusiya tərəfi bildirib ki, Qərb ölkələrinin bu istiqamətdə atacağı hər bir addımın cavabsız qalmayacağı istisna edilmir.

Analitiklərin fikrincə, tərəflər arasında yaranan gərginlik beynəlxalq diplomatik səylərin gücləndirilməsini zəruri edir.


Mənbə:Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et