Taylandın Kançanaburi bölgəsində aparılan elmi ekspedisiya zamanı alimlər nadir bir hörümçək növü aşkarlayıblar. Mütəxəssislər bildiriblər ki, bu hörümçək həm erkək, həm də dişi xüsusiyyətlərinə malikdir.
Tədqiqatçılara görə, bu hadisə “Damarkus” növünə aid “vişbon spayder” (wishbone spider) adlı hörümçəkdə müşahidə olunan iki cinsiyyətli quruluş — “bilateral ginandromorfizm” adlanır. Hörümçəyin sol hissəsi dişi, sağ hissəsi isə erkək xüsusiyyətlər daşıyır.
Alimlər bu tapıntının bioloji inkişaf və genetik araşdırmalar üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər. Gələcəkdə hörümçəyin davranışı və çoxalma qabiliyyəti ilə bağlı tədqiqatlar davam etdiriləcək.
Hadisə sosial mediada geniş maraq doğurub. İstifadəçilər kəşfi “təbiətin qəribə möcüzəsi” kimi dəyərləndiriblər.
Mənbə: Tayms of İndia
Tərcümə etdi: Fatimə Salmanlı
