Bu gün:

Oskar mükafatlı aktrisa Dayan Kiton 79 yaşında vəfat edib


Los-Ancelesdə anadan olan Dayan Kiton 1970-ci illərdə “Xaç atası” filmindəki Kay Adams-Korleone rolu ilə şöhrət qazanıb. O, həmçinin “Annie Hall”, “Gəlin Atası” və “Birinci Arvadlar Klubu” kimi filmlərdəki rolları ilə tanınıb, “Annie Hall”a görə Ən Yaxşı Aktrisa nominasiyasında “Oskar”, “Qızıl Qlobus” və “BAFTA” mükafatlarını qazanıb.Beş onillikdən artıq karyerası ərzində onlarla filmdə rol alan Kiton həmçinin bir neçə ekran işinə rejissorluq edib. Onun ilk rejissor işi 1987-ci ildə çəkilən “Cənnət” sənədli filmi, ən son rejissor işi isə 2000-ci ildə ekranlaşdırdığı “Zəngi bitir” olub. Aktrisa həm kino rollarında, həm də şəxsi həyatında kişi geyimləri və enli şlyapaları ilə seçilən özünəməxsus üslubu ilə tanınırdı. Keaton şənbə günü Kaliforniyada vəfat edib, onun ölüm xəbərini ailə sözçüsü “People” jurnalına təsdiqləyib.

Həmkarları Bette Midler, Qoldi Houn, Stiv Martin və Ben Stiller sosial mediada aktrisanın xatirəsini ehtiramla yad ediblər. Kiton “Nəsə dəyişməlidir”, “Marvinin otağı” və “Qırmızılar” filmlərindəki rollarına görə daha üç dəfə “Oskar”a namizəd olub. O, heç vaxt ailə həyatı qurmasa da, övladlığa götürdüyü uşaqları – qızı Dekster və oğlu Dyukla yaşayıb.

Mənbə: BBC
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et