Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün “Qlobal səhiyyə işçi qüvvəsinin səlahiyyətləndirilməsi: innovativ ömürboyu öyrənmə modelləri vasitəsilə” adlı beynəlxalq tədbir keçirib.
Paneldə səhiyyə mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün yeni rəqəmsal təlim platformaları və süni intellekt əsaslı tədris proqramlarının tətbiqi müzakirə olunub.
ÜST bildirir ki, bu təşəbbüs səhiyyə sistemlərinin dayanıqlığını gücləndirmək və ölkələr arasında bilik mübadiləsini artırmaq məqsədi daşıyır.
Mənbə: WHO
Tərcümə etdi: Zəhra Məlikova
