Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu istiqamətində yerləşən dağlıq ərazidə palçıq vulkanının aktivləşməsi qeydə alınıb. Hadisə nəticəsində ətrafda yaşayan sakinlər vulkanın püskürməsi zamanı havaya qalxan tüstü və alov sütunlarını görüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Ətraf kəndlərdə yaşayan əhalinin həyatı və sağlamlığı üçün təhlükə olmadığı bildirilir.
Püskürmə təbii proseslər nəticəsində baş verib və bu, Xəzər hövzəsində son günlər müşahidə olunan geoloji hərəkətlərlə əlaqələndirilir. Vulkanın aktiv fazası qısa müddət davam edib.Qaradağ ərazisi palçıq vulkanlarının ən çox yayıldığı zonalardan biridir. Sonuncu dəfə bu istiqamətdə oxşar püskürmə 2022-ci ildə qeydə alınmışdı.
Hazırladı: Gülay Bədirli
