Ankara Baş Prokurorluğu konsert araşdırması çərçivəsində Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) bələdiyyə sədri Mansur Yavaş və onun şəxsi katibi Nevzat Uzunoğlu ilə bağlı araşdırma aparmaq üçün Daxili İşlər Nazirliyindən icazə istəyib. Yavaş qərara sərt reaksiya verib.

Baş Prokurorluq araşdırmaya səbəb kimi “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “nəzarət vəzifəsinə etinasızlıq” ittihamlarını göstərib.
Yavaş bu qərara "İstintaqla bağlı heç bir çəkincəmiz yoxdur. Dəfələrlə bizi yoxlamağa gəliblər" deyə reaksiya verib.
"Ankara Baş Prokurorluğunun istintaq aparmaq üçün Daxili İşlər Nazirliyindən icazə almasına ehtiyac yoxdur. Çağırılacağı təqdirdə könüllü ifadə verməyə hazırıq, çünki gizlədəcək, utanacaq heç bir şeyimiz yoxdur".
CHP sədrinin müavini Gül Çiftçi də Yavaşın istintaqına icazə tələbini "məhkəmə təzyiqinin yeni mərhələsi" kimi qiymətləndirib. Çiftçi bildirib ki, istintaqa icazə istəyən bu “siyasi kampaniya” təkcə Yavaşa deyil, həm də “Ankara xalqının iradəsinə” yönəlib.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
