İtaliya-Türkiyə matçında ciddi zədə alaraq il yarıma yaxın yaşıl meydanlardan kənarda qalan Ozan Kabak yenidən futbola qayıdıb. Milli komandadan gələn bu xəbər həm onun klubunu, həm də türk futbolsevərlərini sevindirib.

Türkiyə millisinin İtaliya ilə yoldaşlıq görüşündə AÇL-ni yırtan Ozan Kabak uzun sürən bərpa prosesindən sonra meydançaya qayıdıb. “Hoffenhaym”-da çıxış edən 25 yaşlı müdafiəçi beynəlxalq fasilədə komandasının “Kayzerslautern”-lə yoldaşlıq görüşündə start 11-ə daxil edilib.
Dietmar Hopp Stadionunda qapılara qapalı keçirilən görüşdə Hoffenheim rəqibini 4:0 hesabı ilə məğlub edib. “Göy-ağlar” qollarını 9-cu dəqiqədə Tim Lemperle, 47-ci dəqiqədə Artur Çaves, 56-cı dəqiqədə İhlas Bebou, 68-ci dəqiqədə Qrişa Prömel vurub.
Təxminən il yarım sonra ilk dəfə oynayan Ozan Kabak matça start verərək ilk yarını tamamlayıb. Millinin futbolçusu ikinci hissənin əvvəlində Valentin Lassiqlə əvəzlənib.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
