Son illərdə iqlim dəyişikliyi və azalan yağıntılar Xəzər dənizinin səviyyəsinə ciddi təsir göstərib. 1995-ci ildən bu yana dənizin səviyyəsi təxminən 1 metr 70 santimetr azalıb.
Suyun azalması Volqa çayının axınında dəyişiklik, buxarlanmanın artması və temperaturun yüksəlməsi ilə əlaqələndirilir. Bu proses nəticəsində sahil xətləri geri çəkilir, bəzi bölgələrdə torpaq duzlaşması müşahidə olunur. Dəniz səviyyəsinin enməsi ekosistemdə tarazlığın pozulmasına, balıqçılıq təsərrüfatlarında itkilərə və sahil infrastrukturunun zərər görməsinə gətirib çıxarır.
Hazırda Xəzər dənizində müşahidə olunan səviyyə azalması region üçün həm ekoloji, həm də iqtisadi baxımdan narahatlıq doğurur.
Hazırladı: Gülay Bədirli
