Bu gün:

"Yuventus"un əfsanəsi Platininin Kənan Yıldıza sözləri: "Onun niyə cinahda oynadıldığını anlamıram"


Mişel Platini "Yuventus"da çıxış edən Kənan Yıldızla bağlı diqqətçəkən açıqlamalar verib.

Trento İdman Festivalında çıxış edən Platini Kənan Yıldızın 10 nömrə olduğunu və mərkəzdə oynamalı olduğunu müdafiə edib.

Platani bunu belə izah edib: "O, 10 nömrədir və mən hesab edirəm ki, o, mərkəzdə oynamalıdır. Mən başa düşmürəm ki, Motta və Tudor onu niyə cinahlarda oynadır. Təəssüf ki, indiki futbolda keyfiyyətli oyunçuları daha mərkəzi mövqelərdə oynamalı olduqları halda cinahlara köçürmək tendensiyası var. Mən bunu illərdir deyirəm, amma heç kim qulaq asmır".

https://www.hurriyet.com.tr/sporarena/juventus-efsanesi-platiniden-kenan-yildiz-sozleri-neden-kanatta-oynatildigini-anlamiyorum-42978765

Mənbə: Hürriyet

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et