TÜİK və Ailə və Sosial Xidmətlər Nazirliyinin araşdırması çərçivəsində 10 ildən sonra ilk dəfə Türkiyədə qadına qarşı zorakılıq dövlət səviyyəsində araşdırılıb.

TÜİK, Marmara Universiteti və Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən hazırlanan "Türkiyədə Qadına Qarşı Zorakılıq Araşdırması 2024" ictimaiyyətlə paylaşılıb.
Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş ölkə üzrə 18 min 275 qadınla üzbəüz görüşlər keçirildiyini bildirib.
Nazir Göktaş əvvəlki hesabatlarda yer almayan rəqəmsal zorakılıq və israrlı təqib kimi yeni zorakılıq növlərinə dair ilk dəfə geniş həcmli məlumat əldə olunduğunu qeyd edib.
https://www.bbc.com/turkce/articles/cn763kd1pk2o?at_campaign=ws_whatsapp
Mənbə: BBC
Tərcümə edən: Nuray Ədilzadə
