Bu gün:

Tramp Çini tariflərlə hədələyib


Donald Tramp Çin hökumətinin nadir torpaq elementlərinə yeni məhdudiyyətlərindən sonra Pekini “külli miqdarda” tarif artımı ilə hədələyib. O, “Truth Social”da bildirib ki, Çin ticarətdə “çox düşmən” davranır və buna görə də APEC sammitində Si Cinpinlə görüşünü ləğv edib.

Trampın açıqlaması ABŞ birjalarında düşüşə səbəb olub: S&P 500 təxminən 1%, Nasdaq isə 1,2% dəyər itirib. Çin yeni qaydalarla nadir torpaq elementlərinin ixracına ciddi nəzarət tətbiq edib. Noyabrda tərəflərin bu məsələ ilə bağlı yenidən danışıqlar aparacağı gözlənilir.

Mənbə: NBC news

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et