Bu gün:

ABŞ NATO-nun nüvə təlimində iştirak edəcək


ABŞ gələn həftə başlayacaq NATO-nun illik “Steadfast Noon” adlı nüvə deterensiya təlimində iştirak edəcək.

Bu barədə NATO-nun hərbi şöbəsinin nüvə əməliyyatları rəhbəri polkovnik Daniel Bunch “Bloomberg”ə açıqlama verib.

“Hazırda ABŞ öz öhdəliklərinə sadiqdir, siyasətini dəyişməyib və bu təlimdə iştirak edəcək”, – deyə Bunch bildirib.

Qeyd edək ki, “Steadfast Noon” təlimi oktyabrın 13-də başlayacaq. Bu hava təlimi hər il keçirilir və həm nüvə, həm də qeyri-nüvə dövlətlərini əhatə edir. Təlimin məqsədi potensial nüvə zərbələri ssenarilərinə qarşı hərbi manevrlərin və əməliyyat algoritmlərinin sınaqdan keçirilməsidir.

Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 


Paylaş
Şərh əlavə et