Oktyabrın 10-na keçən gecə Rusiya Kiyevə və Ukraynanın bir sıra digər bölgələrinə irimiqyaslı aviazərbələr endirib. Ukrayna hakimiyyətinin məlumatına görə, yeni zərbənin əsas hədəfləri enerji infrastrukturu obyektləri olub.
Ukrayna Hərbi Hava Qüvvələri səhər hesabatında bildirib ki, cümə axşamı axşamdan cümə səhərinə kimi Rusiyanın hücumuna ümumilikdə 465 müxtəlif tipli dron və 32 raket cəlb edilib.
Şəhərin meri Vitali Klickonun sözlərinə görə, Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində 9 nəfər yaralanıb, onlardan 5-i xəstəxanalardadılar. Pilotsuz uçan aparatların qalıqları Peçerski rayonunda çoxmərtəbəli yaşayış binasına düşüb. "Bir neçə mərtəbədəki mənzillər yanıb. Yanğın söndürülüb",- Kliçko teleqramda yazıb.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
