Tayvan “düşmən təhdidlərinə” qarşı qorunmaq üçün qübbə formasında hava müdafiə sistemi quracaq. Prezident Uilyam Lay bu qərarı hökumətinin Çinin adaya hücum etmək qabiliyyətini gücləndirdiyi barədə xəbərdarlığından bir gün sonra elan edib.

Lay Çinin adını açıq şəkildə çəkməsə də, Pekin uzun müddətdir ki, özünüidarə olunan Tayvanı öz ərazisi hesab edir və onu ələ keçirmək üçün güc tədbiqini istisna etməyib.
Lay, həmçinin müdafiə xərclərinin artırılmasının “açıq zərurət” olduğunu bildirib - bu, çox güman ki, Çinin Tayvan sularına və hava məkanına artan müdaxilələrinə, o cümlədən işğal təlimlərini simulyasiya edən hərbi təlimlərə istinaddır.
Mənbə: BBC
Tərcümə etdi: Fidan Ağayeva
